Aİ Rusiya alüminiumunun idxalını tamamilə qadağan edəcək

Dünya

29.01.2025 10:50

Avropa İttifaqı (Aİ) daha 15 Rusiya bankının “SWIFT” sistemindən çıxarılmasını və Rusiya alüminiumunun idxalına tədricən qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Aİ Ukraynada xüsusi əməliyyatın başlanmasının üçüncü ildönümü ərəfəsində geniş sanksiyalar paketi çərçivəsində Rusiya alüminiumunun idxalına mərhələli qadağa qoyulmasını təklif edir”.

Bildirilir ki, təklif edilən məhdudiyyətlər avropalı idxalçılara Rusiyadan bir il müddətinə kvota sistemi ilə alüminium almağa imkan verəcək və bundan sonra idxala tam qadağa tətbiq olunacaq.

Bundan əlavə, Avropa İttifaqı mövcud sanksiyalardan yayınaraq Rusiya neftinin daşınması ilə məşğul olan “kölgə donanması”na aid 70-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Agentliyin məlumatına görə, bu tədbirlər baxılmaq üçün Aİ-yə üzv dövlətlərə göndərilib. Sanksiyanın yekun təsdiqi üçün birliyin bütün ölkələrinin razılığı lazımdır.

Töhfə Səməd

tag: Aİ,Ukrayna,Rusiya,Bank,Sanksiya,Dünya,todaypress.az,