Aİ Rusiya aktivlərindən Ukraynaya yardım göndərəcək

Dünya

17.09.2024 12:13

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göndərmək üçün istifadə edib. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis məlumat yayıb.

"Rusiya aktivlərindən əldə olunan gəlirin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü üçün 1,4 milyard avro ayrılıb” deyə məlumatda bildirilib.

Töhfə Səməd

tag: Avropa İttifaqı, Rusiya, Ukrayna ,Sülh, Avropa ,Yardım, todaypress.az,