Aİ rəhbərliyində dəyişiklik: Borel və Mişeli kimlər əvəz edəcək?
Dünya
28.06.2024 17:55
Avropa İttifaqı ölkələrinin liderləri növbəti beş il üçün Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatları təsdiqləyiblər.
TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamentinin səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel “X” sosial şəbəkəsində məlumat verib.
Belə ki, Ursula fon der Lyayen 5 il müddətinə Avropa Komissiyasının rəhbəri, Estoniyanın Baş naziri Kaja Kalas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş Baş naziri Antonio Kosta Avropa Şurasının rəhbəri seçilib.
Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel yeni təyinatlar arasında yer almayıb.
Günəş Mərd
tag: Aİ, Rəhbərlik, Avropa, Şarl Mişel, Antonio Kosta, Avropa Şurası, todaypress.az,