Aİ paylaşdığı yazıdan "soyqırımı" sözünü sildi
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası qondarma "erməni soyqırımı" ilə bağlı paylaşımına düzəliş edib.
TodayPress xəbər verir ki, missiyanın sosial şəbəkə hesabında əvvəlcə “Bu gün, aprelin 24-də "erməni soyqırımı" qurbanlarının xatirəsini ehtiramla yad edirik” mesajı yerləşdirilib.
Lakin daha sonra bu ifadə “1915-1923-cü illərin qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edilib.
tag: Avropa İttifaqı, Ermənistan, Soyqırım, Sosial Şəbəkə, todaypress.az,