Aİ öz əməliyyat sistemini yaratdı
Avropa İttifaqı (Aİ) “Linux” əsaslı kompüterlər üçün müstəqil və vahid əməliyyat sisteminin ilk versiyasını yaradıb.
TodayPress xəbər verir ki, Avropa Məlumatların Mühafizəsi Təşkilatının mütəxəssisi Robert Riemann bunu bütün Avropa üçün vahid əməliyyat sistemini adlandırıb.
O, Aİ əməliyyat sistemini dövlət sektoru və biznes üçün müstəqil, azad və təhlükəsiz əməliyyat sistemi hesab edir.
Aİ əməliyyat sistemi “Linux” paylamalarından biri olan “Fedora”ya əsaslanır. Sistem əksər kompüterlərdə quraşdırıla bilər və mütəxəssislər onu öz ehtiyaclarına uyğun olaraq çevik şəkildə fərdiləşdirə bilərlər.
Riemannın sözlərinə görə, bu sistem bütün komponentləri ilə birlikdə tamamilə pulsuzdur və lisenziyalaşdırma tələb etmir.
Robert Riemann onu da vurğulayıb ki, Aİ əməliyyat sistemi birbaşa Aİ-nin layihəsi deyil, könüllülər və həvəskarlar icması tərəfindən idarə olunur.
Aysel Mətləb
tag: Avropa İttifaqı,Əməliyyat Sistemi,Kompüter,Linux,Fedora,Todaypress.az,