Aİ ölkələri Ukraynanı “Avropa ailəsi”ndə görmək istəyir
Dünya
21.07.2024 16:50
“Avropa
İttifaqı (Aİ) ölkələri Ukraynanı “Avropa ailəsi”ndə görmək istəyirlər”.
TodayPress,
“RİA”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula
von der Leyen deyib.
Onun
sözlərinə görə, Ukrayna bazarı vahid Aİ bazarına inteqrasiyada iştirak edir və Aİ
ölkələri ilə sıx əməkdaşlıq edir. “Biz, məsələn, enerji və digər sahələrdə çox
sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna Aİ-yə daxil olmalıdır, bu ölkə bizdəndir
və biz onu Avropa ailəsində görmək istəyirik” deyə o, əlavə edib.
Töhfə Səməd
tag: Aİ, Avropa, Nümayəndə,Ukrayna, Zelenski, Siyasət, todaypress.az,