Aİ ölkələri müdafiə xərclərini artırdı

Dünya

30.08.2024 18:10

“Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Aİ ölkələri müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qədər artırıb”.

TodayPress xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib. 

"Biz artıq müharibənin başlanmasından bəri görünməmiş irəliləyiş əldə etmişik. Aİ müdafiə sənayesi də yeni reallığa doğru addım atıb. İstehsal xətlərini yenidən işə saldıq. Reallıq budur ki, avropalılar mövcud təhlükəsizlik təhdidlərini ciddi qəbul etsələr belə, strukturun yenidən qurulması üçün vaxt və böyük investisiyalar lazımdır” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, Aİ, Müdafiə, Reallıq, todaypress.az,