Aİ növbəti anti-Rusiya sanksiya paketini hazırlayır
Dünya
18.12.2024 14:20
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
TodayPress, "RİA"ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirib.
"Keçən həftə biz 15-ci sanksiya paketini qəbul etdik. Bu paket Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri və sanksiyalardan yayınma ilə mübarizəni əhatə edir. 16-cı paket hazırlanır" deyə o açıqlayıb.
Xatırladaq ki, 15-ci anti-Rusiya paketində 54 fiziki şəxs və 30 təşkilat daxildir.
Qeyd edək ki, Aİ sammiti dekabrın 18-19-da Brüsseldə keçiriləcək.
Töhfə Səməd
tag: Rusiya, Aİ ,Sanksiya, Tədbir ,todaypress.az,