Aİ-nin yenidən silahlanma planının əsas əleyhdarları
İtaliya Avropa İttifaqının (Aİ) yenidən silahlanma planının əsas əleyhdarlarından biridir.
TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, ölkənin Baş naziri Corca Meloni bu ideyanın ölkənin Fransa və Almaniyadan artan asılılığına səbəb olacağından ehtiyat edir.
"Böyük Britaniya ilə olduğu kimi, İtaliyanın ABŞ ilə yaxın münasibətləri onun Avropa qonşularından asılılığını azaldıb.
Ölkə transatlantik alyansın dağılması halında Fransa və Almaniyanın "mərhəmətinə" sığınmaq istəmir" deyə o əlavə edib.
Bundan başqa, İtaliya hakimiyyəti nəinki avropalı tərəfdaşlarının təsirinə düşməkdən qorxmur, həm də məsələnin texniki tərəfinə qarşıdır.
Xüsusilə, Meloni müdafiə müqavilələri və silahların yığılmasında özəl sektora daha çox rol verilməsini tələb edir.
Töhfə Səməd
tag: Avropa ittifaqı,İtaliya,Silahlanma,Meloni,Əleyhdar,Todaypress.az,