“Aİ-nin Ukraynaya qoşun göndərmək fikri yoxdur”
Dünya
02.12.2024 18:39
“Avropa İttifaqı (Aİ) üzv ölkələrin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı hələlik qərar qəbul etməyib, lakin bütün variantlar nəzərdən keçirilir”.
TodayPress xəbər verir ki, bunu Aİ Nazirlər Kabinetinin üzvü və Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen deyib.
"Qoşunların göndərilməsi üçün gərək bütün Aİ ölkələri bu qərarla razılaşa. Hələ ki, bu, baş tutmayıb" deyə o bildirib.
Eyni zamanda, İtkonen qeyd edib ki, Aİ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.
"Bütün variantlar masanın üstündədir" deyə sözçü nitqini sonlandırıb.
Töhfə Səməd
tag: Avropa İttifaqı ,Ukrayna, Nazirlər, Qərar, todaypress.az,