Aİ-nin səkkiz ölkəsi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

Dünya

24.07.2024 23:57

Aİ-nin səkkiz ölkəsinin maliyyə nazirləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin və Ukraynaya göstərilən dəstəyin gücləndirilməsinin vacibliyini bəyan ediblər.

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" qəzetində Danimarka, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, İsveç və Estoniya nazirlərinin birgə məqaləsi dərc olunub.

“Bütün ölkələrimiz Ukraynaya həm maliyyə, həm də hərbi dəstək göstərməkdə mühüm töhfələr verib və bunu davam etdirəcəklər" sənəddə deyilir.

Bəyanat müəlliflərinin fikrincə, Qərb sanksiya təzyiqini saxlamalı, eyni zamanda Ukraynaya yardım göstərməyə davam etməli və onun həcmini artırmalıdır.

tag: Aİ, Rusiya, Nazirlər, Ukrayna, todaypress.az,