Aİ-nin Rusiya üçün sanksiya siyahısı 2386-ya qədər artdı

Dünya

16.12.2024 22:13

Avropa İttifaqının sanksiyasına hazırda 2386 rusiyalı fiziki və hüquqi şəxs daxil edilib.

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının Rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, siyahıda 1879 fiziki və 507 hüquqi şəxs var ki, onların əksəriyyəti vaxtilə Ukraynaya məxsus olan Rusiyanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən və ya onlarla əlaqəli şəxslərdir.

Paketə həmçinin Çin, İran, Şimali Koreya, Serbiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin iş adamları, rəsmiləri və şirkətləri daxildir.

Aİ-nin Rusiyaya qarşı əsas sanksiyalar siyahısı 2014-cü ildə başlayıb və o vaxtdan bu siyahıya Rusiya fərdləri və şirkətlərini hədəf alan ondan çox ixtisaslaşdırılmış alt siyahı daxil edilib.

Aynur TAC

tag: Rusiya, Sanksiya, Serbiya, Gürcüstan,Fiziki, Putin, todaypress.az,