Aİ-nin qapıları Gürcüstanın üzünə BAĞLANIR
Dünya
24.06.2024 13:38
“Bu ölkənin hakimiyyəti öz siyasətini davam etdirsə, Gürcüstanın Avropa perspektivi ləğv ediləcək”.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib.
"Gürcüstanın Avropa İttifaqına daxil olması üçün qapı açıqdır. Amma hökumət hazırkı yolla getməyə davam etdirərsə, bu qapı bağlanacaq".
Borel Gürcüstanla bağlı məsələsinin Aİ ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə müzakirə olunacağını deyib.
Qeyd edək ki, bundan öncə Aİ-nin “Xarici təsirin şəffaflığı haqqında” qəbul edilmiş qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə, maliyyə yardımını azaltmağa və viza məhdudiyyətləri hazırlamağa başladığı bildirilmişdi.
Günəş Mərd
tag: Gürcüstan, Aİ, Avropa, Hökumət, Borel, todaypress.az,