Aİ-nin Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələdi

Dünya

01.12.2024 17:46

Avropa İttifaqı (Aİ) Gürcüstana qarşı sanksiya tətbiq edə bilər.

TodayPress xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib.

O deyib ki, dinc aksiyaçılara qarşı zorakılıq yolverilməzdir, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə və ölkə Konstitusiyasına hörmətlə yanaşmalıdır. Gürcüstanla bağlı məsələnin Avropa İttifaqının bütün üzvləri ilə birgə müzakirə olunacağını söyləyən Kaja Kallas mümkün addımlar sırasında sanksiya tətbiqini, o cümlədən viza verilməsinin məhdudlaşdırılmasını qeyd edib: “Aydındır ki, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə hörmət etmir”.

tag: Aİ,Kaja Kallas,Avropa ,Gürcüstan,todaypress.az,