Aİ-nin 4 üzvündən çağırış: "Rusiya və Belarus sərhədində müdafiə xətti çəkilməlidir"

Dünya

28.06.2024 00:04

Litva prezidenti Gitanas Nauseda, Polşanın baş naziri Donald Tusk, Estoniyanın baş naziri Kaja Kallas və Latviyanın baş naziri Evika Silina Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Şarl Mişele məktub göndəriblər.

TodayPress Polşanın PAP xəbər agentliyinə istinadla xəbər verir ki, Aİ üzvləri Polşa, Litva, Latviya və Estoniya liderləri Avropa İttifaqının sərhədlərinin hərbi və mülki müdafiəsinə yönəlmiş müdafiə xətti ilə bağlı Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Şarl Mişele məktub göndəriblər.

Litva Prezidenti Gitanas Nauseda, Polşa Baş naziri Donald Tusk, Estoniya Baş naziri Kaja Kallas və Latviyanın Baş naziri Evika Silina tərəfindən imzalanan məktubda müvafiq ölkələrin Rusiya və Belarusiya sərhəddi boyunca 700 kilometrlik müdafiə xəttinin çəkilməsi tələbi irəli sürülüb.

Məktubda layihənin miqyasına və dəyərinə görə Aİ tərəfindən həm siyasi, həm də maliyyə cəhətdən dəstəklənməli olduğu bildirilib. Bəyanatda, “Avropa İttifaqı sərhədinin hərbi və mülki cəhətdən qorunması üçün fövqəladə tədbirlər görülməlidir”deyə əlavə olunub.

Bəzi AB rəsmiləri sözügedən layihənin təxminən 2,67 milyard dollara başa gələ biləcəyini qiymətləndirir.

Xatırladaq ki, Polşa hökuməti iyunun 13-də Belarus sərhədinin bəzi hissələrində hərəkəti məhdudlaşdıran təcrübənin qüvvəyə mindiyini elan edib.

GÜNEL

tag: Avropa İttifaqı, Belarusiya, Rusiya, Litva, Sərhədd, todaypress.az,