Aİ Nigerdəki səfirini geri çağırdı
Dünya
23.11.2024 17:28
Avropa İttifaqı humanitar yardımla bağlı yaranan fikir ayrılığına görə Nigerdəki səfirini geri çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında məlumat verilib.
Söhbət Nigerin keçid hökumətinin, Aİ Nümayəndəliyinin daşqın qurbanlarına göstərdiyi humanitar yardımın təşkili və idarəçiliyini şübhə altına alan bəyanatından gedir.
Bununla əlaqədar olaraq, Aİ Brüsseldə məsləhətləşmələr aparmaq üçün Niameydəki səfirini geri çağırmaq qərarına gəlib.
Avropa İttifaqı keçid hökumətinin irəli sürdüyü əsaslandırmalarla razılaşmadığını bildirib və onları humanitar yardım məsələsini siyasiləşdirməkdə ittiham edib.
Qeyd edək ki, sentyabr ayında Qərbi və Mərkəzi Afrikada şiddətli daşqınlardan təxminən 4 milyon insan zərər çəkib. Burada kənd təsərrüfatı bitkilərinin geniş sahələri məhv olub.
Günəş Mərd
tag: Nigeriya, Aİ, Brüssel, Avropa, Qərb, todaypress.az,