Aİ Moldovaya kompensasiya ödəyəcək

Dünya

04.02.2025 15:27

Aİ 2025-ci ildə elektrik enerjisinin qiymətinin artmasına görə moldovalılara qismən kompensasiya ödəyəcək. 

TodayPress xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, məsələ Avropa komissarı Marta Kosun ölkəyə səfəri zamanı qaldırılıb. O, respublikaya 250 milyon avro məbləğində maliyyə yardımı elan edib.

"Əhaliyə ortamüddətli yardım proqramının 151 milyon avrosu hər bir ailə üçün elektrik enerjisinin bahalaşmasını kompensasiya etmək üçün nəzərdə tutulub. Beləliklə, ilk 110 kVt/saat istehlak köhnə tariflə ödəniləcək" məlumatda deyilir. 

Daha 15 milyon avro isə müəssisələrin elektrik enerjisi xərclərini kompensasiya etmək üçün ayrılacaq. Məktəblər, uşaq bağçaları və xəstəxanalar bu məqsədlər üçün 20 milyon avro alacaqlar.

Xatırladaq ki, yanvarın 1-dən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə əlaqədar Moldovada fövqəladə vəziyyət rejimi tətbiq edilib. 

Töhfə Səməd 

tag: Aİ ,Moldova,Marta Kos,Kompensasiya ,todaypress.az,