Aİ Moldovaya 30 milyon avro ayırdı
Dünya
28.01.2025 04:56
Avropa İttifaqı (Aİ) qazın alınması və
Dnestryanı bölgəyə nəqli üçün Moldovaya 30 milyon avro vəsait ayırıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa
Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Bu paket çərçivəsində Aİ 2025-ci il fevralın 10-dək
Dnestryanı regionunun 350 mindən çox sakininin elektrik və istilik təchizatının
bərpasına kömək etmək üçün təbii qazın alınması və bölgəyə nəqlini
maliyyələşdirməyə hazırdır. Paket həmçinin Dnestr çayının sol sahilindən sağ
sahilinə elektrik enerjisinin verilməsinə imkan yarada bilər” AK-dan
bildirilib.
Bundan əlavə, Aİ yaxın həftələrdə Moldovaya böhranın
vətəndaşlara sosial təsirini azaltmağa yönəlmiş maliyyə dəstəyi paketi təqdim
etməyi öhdəsinə götürür, eyni zamanda ölkədə uzunmüddətli enerji dayanıqlığı və
iqtisadi artım üçün zəmin yaradır.
Xatırladaq ki, “Qazprom” şirkəti yanvarın əvvəlində
Ukrayna ərazisindən tranzitə qadağa qoyulmasından və rəsmi Kişineunun istehlak
edilən yanacağa görə borc problemini həll etməkdən imtina etməsindən sonra
Moldovaya qaz nəqlini dayandırıb.
tag: Aİ, Moldova, Dnestr, Paket, Yardım, Vətəndaş, todaypress.az,