Aİ miqrantlara qarşı 400 milyon avroluq PUA alacaq

Dünya

21.08.2024 18:55

Avropa İttifaqının (Aİ) Xarici Sərhəd Təhlükəsizliyi Agentliyi (Frontex) sərhədləri miqrantlardan qorumaq üçün təxminən 400 milyon avro dəyərində dron və müşahidə avadanlığı alacaq.

TodayPress xəbər verir ki, bu barədə "Euratciv" məlumat yayıb.

Bildirilib ki, agentlik 184 milyon avroya pilotsuz nəqliyyat vasitələrinin, 3 milyon avroya yerüstü dronların tətbiqi, 19 milyon avroya gecəgörmə cihazlarının alınması, 186,5 milyon avroya isə müvafiq informasiya texnologiyalarının inkişafı, həmçinin pilot layihənin başlanması üçün tenderlər bağlayıb.

Töhfə Səməd

tag: Aİ,Miqrant, Sərhəd, Dron, todaypress.az,