Aİ Macarıstanı səsvermə hüququndan məhrum edəcək
Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə dəstəyi zəiflətmək cəhdlərindən sonra Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlum olub ki, rəsmi Budapeşt Ukraynanın Aİ-yə mümkün daxil olması ilə bağlı referendum keçirmək qərarına gəlib.
Seçki bülletenlərində “Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirsinizmi?” sualı verilir.
Müvafiq plakatlar bütün ölkə üzrə asılıb. Ukrayna lideri Volodimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri Manfred Veberin yer aldığı şüarda “Gəlin onların bizim yerimizə qərar vermələrinə imkan verməyək” deyilir.
Lakin məsələnin neytral olmasına baxmayaraq, Macarıstan hakimiyyəti kənarda dayanmır. Belə ki, ölkənin Baş naziri Viktor Orban xalqı səs verməyə çağırıb.
Qeyd edək ki, martın sonunda Macarıstanın Baş naziri bildirib ki, Aİ ölkələrinin icma əhalisini 72 saat ərzində ərzaq və digər zəruri mallar ehtiyatı toplamağa çağırması blokun özünün Ukraynadakı münaqişədə daha geniş iştiraka can atması deməkdir.
Orban macarları Avropa Komissiyasının tövsiyələrinə qulaq asmamağa da çağırıb.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Macarıstan,Səsvermə,Hüquq,Todaypress.az,