Aİ Macarıstan və Slovakiyaya dəstək vermədi

Dünya

25.07.2024 11:07

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan Ukrayna vasitəsilə neft nəqlinin bərpasında Macarıstan və Slovakiyaya dəstək verməyib. 

TodayPress xəbər verir ki,  bu barədə “Financial Times” qəzeti məlumat yayıb. 

Müzakirələr zamanı diplomatlar bildirib ki, Ukraynanın ticarət müqaviləsində neft tranzitini dayandırma hüququnun olması barədə bənd var.

Xatırladaq ki, ötən günlərdə Macarıstan və Slovakiya Ukraynadan neftin nəqlinin dayandırılması səbəbindən, Avropa Komissiyasına müraciət ediblər. Komissiya hələ də neft tədarükünün bərpası ilə bağlı vasitəçilik etmək barədə qərar qəbul etməyib. 

Töhfə Səməd

tag: Aİ, Rusiya, Ukrayna, Macarıstan, Slovakiya, todaypress.az,