Aİ Livandakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istədi
Dünya
30.09.2024 23:11
Avropa
İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə bağlı
iclasının təcili çağırılmasını tələb edirlər.
TodayPress xəbər verir ki,
bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsi Cosep Borel təşkilata üzv 27 ölkənin xarici işlər nazirlərinin
fövqəladə videokonfransından sonra deyib.
"Üzv ölkələr də BMT
Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün
bütün diplomatik səyləri göstərəcəyik" o bildirib.
tag: BMT, Livan, Avropa İttifaqı, Cosep Borel, todaypress.az,