Aİ liderlərindən Baydenin geri çəkilməsinə reaksiya
Dünya
22.07.2024 12:07
Avropa İttifaqı liderləri ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin seçkilərdən imtina etməsinə münasibət bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, reaksiyalar fərqli olub. Bəziləri Baydeni bu qərarına görə alqışlayıb, bəziləri isə neytral mövqe tutublar.
Almaniya kansleri Olaf Şolts, Polşa və Böyük Britaniyanın Baş nazirləri Donald Tusk və Kir Starmer onun qərarını dəstəkləyib və Baydenə təşəkkür ediblər.
Latviya prezidenti Edqars Rinkeviç isə neytral mövqe sərgiləyərək “Siyasət heç vaxt bu qədər maraqlı olmayıb” deyib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden dünən prezidentliyə namizədliyini rəsmi şəkildə geri götürüb.
Günəş Mərd
tag: ABŞ, Avropa, Bayden, Almaniya, Latviya, todaypress.az,