Aİ liderləri Trampdan Ukraynaya yardımı davam etdirməyi tələb edirlər

Dünya

18.12.2024 15:55

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığında Ukraynaya hərbi yardımın davam etdirilməsinin vacibliyini bəyan ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “Newsweek” yazıb.    

Nəşrin məlumatına görə, Donald Trampın komandasının üzvləri münaqişənin növbəti mərhələsini müzakirə etmək üçün Ukrayna rəsmiləri ilə əlaqə saxlamağa başlayıblar. Kiyev birbaşa ABŞ-nin yeni seçilmiş prezidentinin komandası ilə işləyir. Avropa ölkələrinin başçıları ABŞ-dən Ukraynaya dəstəyin davam etdirilməsində israrlıdırlar.

Xatırladaq ki, dekabrın 16-da Ağ Evin gələcək rəhbəri vurğulayıb ki, o,  Ukraynadakı münaqişənin sona çatmasına nail olmaq üçün Rusisya lideri Vladimir  Putinlə danışmaq niyyətindədir.

Günəş Mərd

tag: Aİ, ABŞ, Lider, Tramp, todaypress.az,