Aİ Krımı Rusiya ərazisi kimi tanımayacaq
Avropa İttifaqı ABŞ-nin prezidenti Donald Trampın administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımayacağını açıq şəkildə bildirib.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" Avropa rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Avropa ölkələri ABŞ-nin Krım məsələsində Ukraynaya təzyiq göstərməsini və ya Krımı Rusiya kimi tanımasını qəbul etməyəcək.
Avropa paytaxtları Ukraynanın ərazi bütövlüyünü müdafiə etməkdə qəti mövqedədir.
Ukrayna prezidenti Volodimir Zelenski də bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.
O bildirib ki, Krımın Rusiyaya məxsus olduğunu tanımaq Ukrayna Konstitusiyasına ziddir və heç bir belə razılaşma qəbul olunmayacaq.
Tramp administrasiyası isə sülhə nail olmaq üçün Parisdə keçirilən görüşdə Krımın statusu ilə bağlı kompromis təklif edib.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,Krım,Rusiya,ABŞ,Todaypress.az,