Aİ Kiyevə 50 milyard dollar verməyə hazırdır

Dünya

05.12.2024 15:12

“ABŞ prezident Donald Tramp vəzifəyə gəldikdən sonra kreditləşmədə iştirakdan imtina etsə belə Avropa İttifaqı Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsinə zəmanət verir. Bu kreditin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödənilməsi nəzərdə tutulur”.   

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın maliyyə nazirinin müavini Pavel Karbovnik Polşanın Aİ Şurasına sədrliyə keçməsinə həsr olunmuş tədbirdə deyib.

Onun qiymətləndirməsinə görə, ABŞ-nin müqavilədən çıxması riski var.

Bir gün əvvəl, dekabrın 4-də Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evin Ukraynaya 24 milyard dollarlıq yardım paketinin Konqresin dekabrın 20-dək qəbul edəcəyi xərclər qanununa daxil edilməsi tələbini rədd edib. O, qeyd edib ki, Trampın göstərişlərini gözləmək və ona uyğun hərəkət etmək istəyir, ona görə də Ukrayna üçün maliyyənin indi ayrılması ehtimalı azdır.  

Karbovnik ABŞ-nin yeni seçilmiş prezidentini öz niyyətlərini mümkün qədər tez bildirməyə çağırıb. O, hesab edir ki, yanlız bu halda Avropa Ukrayna üçün fövqəladə hallar planı hazırlaya biləcək. 

Eyni zamanda o, əmin edib ki, ən pis nəticədə belə, Aİ Ukraynanın 50 milyard dollar alması üçün əlindən gələni edəcək.

Günəş Mərd

tag: Ukrayna, Avropa, Nəticə ,Aİ, todaypress.az,