Aİ Kiyev üçün qadın istehkamçı dəstəsi hazırladı

Dünya

12.08.2024 15:10

1138

Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələri üçün ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi məqsədilə 8 ukraynalı qadın istehkamçı və 16 Belçika çoban itindən ibarət bölmənin təlimlərini başa çatdırdığını elan edib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Onlar Kambocada təlim keçiblər. Bunun üçün 2 milyon avro qrant ayrılıb.

Həmin itlər xüsusilə mərmilərin və minaların təmizlənməsi üçün nəzərdə tutulub. 

Avropa Komissiyası hesab edir ki, onlar Nikolayev və Xarkov vilayətlərində fəaliyyət göstərəcəklər.

Töhfə Səməd

tag: Avropa, Ukrayna, Silahlı Qüvvələr, PHS, Komissiya, todaypress.az,