Aİ ittifaqın 2025- ci il büdcəsini açıqladı
Avropa İttifaqı Komissiyası ittifaqın 2025-ci il büdcə layihəsini açıqlayıb.
TodayPress xəbər verir ki, Avropa İttifaqı Komissiyası ittifaqın 2025-ci il büdcəsinin 199,7 milyard avro olmasını təklif edib.
Büdcədən əlavə, Aİ Komissiyası Covid-19 epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırladığı bərpa proqramı çərçivəsində üzv ölkələrə 72 milyard avro vəsait paylayacaq.
Büdcə əsas diqqəti Avropanın strateji muxtariyyətinin və qlobal rolunun gücləndirilməsinə, onun yaşıl və rəqəmsal transformasiyasının sürətləndirilməsinə və məşğulluğun artırılmasına yönəldəcək.
Büdcədən Ümumi Kənd Təsərrüfatı Siyasətinə 53,8 milyard avro, regional inkişaf və uyğunlaşma proqramlarına 49,2 milyard avro, beynəlxalq əməkdaşlıq və tərəfdaşlara 16,3 milyard avro, Ukraynaya 10,9 milyard avro kredit və 4,3 milyard avro qrant ayrılıb Tədqiqat və inkişaf proqramları, 4,6 milyard avrosu strateji investisiyalar, 2,1 milyard avrosu kosmik xərclər, 4 milyard avrosu Erasmus təhsil proqramı, 2,4 milyard avrosu ətraf mühit və iqlimlə mübarizə, 2,7 milyard avrosu sərhədlərin qorunmasına, 2,1 milyard avro olacaq miqrasiya ilə bağlı xərclərə ayrılacaq və müdafiə sahəsinə 1,8 milyard avro ayrılacaq.
Komissiya tərəfindən hazırlanan büdcə layihəsi Aİ Şurası ilə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlardan sonra lazımi təsdiqlər alındıqdan sonra qüvvəyə minəcək.
Aİ büdcəsinin gəlir maddələri əsasən üzv ölkələrin təmin etdiyi resurslardan ibarətdir.
Aİ büdcəsinin auditini baş ofisi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi həyata keçirir.
GÜNEL
tag: Avropa İttifaqı, Büdcə, Covid-19 epidemiyası, Avropa, todaypress.az,