Aİ ilə Ukrayna arasında təhlükəsizlik sazişi imzalandı

Dünya

27.06.2024 17:06

Brüsseldə Avropa Birliyi və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.  

TodayPress xəbər verir ki, sənəd Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Vladimir Zelenski tərəfindən imzalanıb.

Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, digər vacib məqam Ukraynaya daha çox hərbi və maliyyə yardımı ilə bağlıdır və bu yardımlar davam etməlidir. O, Aİ ölkələrinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya ayrılması ilə bağlı qərarını xatırladaraq bunu vacib olduğunu bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, yaxın gələcəkdə Aİ liderləri ilə hava hücumundan müdafiə sistemləri və hərbi yardım paketlərini müzakirə edəcək. Ukraynanın dövlət başçısı rusiyalı oliqarxlara qarşı tətbiq olunan sanksiyaların qüvvədə qalmasının tərəfdarı olduğunu vurğulayıb. Zelenski həmçinin Aİ-yə Sülh Formulu sammitində iştiraka görə təşəkkür edib. O, bildirib ki, daha 9 ölkə sammitdən sonra kommunikeyə qoşulduğunu bəyan edib.

Nərmin Tuncay

tag: Zelinski, Ukrayna, Saziş,Ursula fon der Leyen,Şarl Mişel, todaypress.az,