Ai Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandıracaq
Dünya
16.12.2024 21:47
Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik
pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin xarici
işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin
xarici işlər nazirlərinin ilk iclasının yekunlarına dair mətbuat konfransında
bildirib.
"Biz Gürcüstanın diplomatik və xidməti pasportları
üçün vizasız rejimin dayandırılmasına dair razılığa gəldik" o deyib.
K.Kallas Aİ-nin yaxın bir həftə ərzində
quruma üzv ölkələrə müvafiq təklif verəcəyini və bundan sonra onu təsdiq etməli
olacağını vurğulayıb.
Bununla yanaşı, Kallas bildirib ki, Aİ ölkədə repressiya
və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə
qarşı şəxsi sanksiyaların tətbiqi barədə razılığa gələ bilməyiblər.
"Sanksiyaların tətbiqi üçün təəssüf ki, hələ mövcud
olmayan birliyə ehtiyacımız var" o əlavə edib.
Kallas Macarıstan və Slovakiyanın Gürcüstan rəhbərliyinə
qarşı şəxsi sanksiyaların qarşısını aldığını təsdiqləyib. Lüksemburq və bir
sıra digər ölkələr "Gürcü arzusu" Partiyasına qarşı sanksiyalara
qarşı çıxış ediblər.
tag: Sanksiya, Avropa İttifaqı, Macarıstan, Gürcüstan, Lüksemburq, todaypress.az,