Aİ: “Gürcüstanın Avropaya inteqrasiyası dayandırılıb”

Dünya

04.09.2024 17:40

“Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi faktiki olaraq dayandırılıb”.

TodayPress Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi bəyanat yayıb.

“Avropa İttifaqı Gürcüstanın üzvlük prosesinin faktiki olaraq dayandırıldığını xatırladır və hakimiyyəti inteqrasiya yoluna qayıtmağa çağırır” deyə bildirilib.

Bəyanatda eyni zamanda Aİ-nin Gürcüstan parlamentinin qəbul etdiyi LGBT təbliğatını qadağan edən qanun layihəsini pislədiyi qeyd olunub.   

Günəş Mərd

tag: Gürcüstan, Avropa Birliyi, Aİ, Parlament ,Qanun, todaypress.az,