Aİ Gürcüstanı vizasız rejimin ləğvi ilə hədələdi
Dünya
20.09.2024 00:14
Avropa
İttifaqı (Aİ) Gürcüstanı ölkədəki “demokratiyanın tənəzzülü” səbəbindən vizasız
rejimin mümkün ləğvi ilə hədələyib.
TodayPress
xəbər verir ki, bu barədə “Politico” Avropa Komissiyasının nümayəndəsinə
istinadən məlumat yayıb.
Bildirilib
ki, Brüssel bütün variantları, o cümlədən vizanın liberallaşdırılmasının mümkün ləğvini müzakirə edib.
Onun
sözlərinə görə, Gürcüstan hakimiyyəti Aİ-yə gələcək inteqrasiya üçün müəyyən
tələbləri yerinə yetirməlidir, o cümlədən vətəndaşların hüquqlarının
müdafiəsini təmin etmək və ayrı-seçkiliyə qarşı mübarizə aparmalıdır.
“Şengen
zonasının daxili təhlükəsizliyinə təhlükə yaradan belə bir inkişaf baş verərsə,
eləcə də Gürcüstanda demokratiyanın daha da zəifləməsi halında lazımi
qiymətləndirmə aparılacaq” o vurğulayıb.
Bundan əvvəl Tbilisi meri Kaxa Kaladze bildirib ki, Gürcüstan böyük dövlətlərin ondan Ukrayna kimi istifadə etməsinə imkan verməyəcək.
Onun sözlərinə görə, təhdid və sanksiya təzyiqlərinə baxmayaraq, Gürcüstanda sülh qalacaq və ölkə rəhbərliyi öz xalqının maraqlarına əməl edəcək.
tag: Gürcüstan, Tblisi, VİSA, Ukrayna,todaypress.az,