Aİ Gürcüstanı LGBT ilə bağlı qanunu ləğv etməyə çağırdı
Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Gürcüstan hakimiyyətini LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu ləğv etməyə çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Borrelin sözlərinə görə, Gürcüstanın "ailə dəyərləri və qoruma" qanunları insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkilik və damğalanmanı artıracaq.
O, Gürcüstanı ölkəni Avropa Birliyinə gedən yoldan daha da uzaqlaşdıran qanunu ləğv etməyə çağırıb.
Xatırladaq ki, sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü yekun oxunuşda LGBT təbliğatına qarşı qanunu qəbul edib.
Günəş Mərd
tag: Gürcüstan, LGBT, Qanun, Avropa Birliyi ,Cozef Borrel, todaypress.az,