Aİ “Gürcü arzusu”nun seçki reklam lövhələrini tənqid etdi
Dünya
05.10.2024 15:55
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski Ukraynadakı silahlı münaqişənin törətdiyi dağıntıları əks etdirən hakim “Gürcü Arzusu” partiyasının seçki bannerlərini biabırçı adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” yazıb.
Bannerlərin bir tərəfində Ukraynadakı dağıntılar, digər tərəfdə isə Gürcüstanın gözəl mənzərələri əks olunub.
Qeyd olunub ki, Gürcüstan müxalifətinin, Ukraynanın və Aİ səfirinin hiddətinə səbəb olan reklam lövhələri, seçicilərin bu dəfə müharibə ilə sülh arasında seçim etməli olduqlarını nümayiş etdirir.
“Düşünürəm ki, onlar hədsiz, utancverici və iyrəncdirlər. Gürcüstanda və Avropa İttifaqında sülh Ukrayna xalqının fədakarlıqları sayəsində əldə olunub və onlar bizim böyük hörmətimizə layiqdirlər” deyə Qerçinski jurnalistlərə deyib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.
Günəş Mərd
tag: Aİ, Ukrayna ,Gürcüstan ,Səfər ,Pavel Qerçinski, todaypress.az,