Aİ Fələstinə 43 milyon avro ayırdı
Dünya
09.08.2024 14:10
Avropa İttifaqı (Aİ) Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının Mətbuat Xidməti
məlumat yayıb.
Bildirilib ki, Aİ avqustun 8-də Fələstin
Administrasiyasına İordan çayının qərb sahilindəki məmurların maaşlarını və təqaüdlərini
ödəməyə kömək etmək üçün 43 milyon avro yardım ayırıb.
"43 milyon avro Avropa İttifaqı tərəfindən
Fələstin idarəçiliyinə ayrılmış qısamüddətli təcili maliyyə dəstəyinin birinci
mərhələsidir" məlumatda qeyd olunub.
tag: Avropa İttifaqı, Fələstin, Maliyyə yardımı, Maliyyə dəstəyi, todaypress.az,