Aİ Ermənistandakı müşahidə missiyasını dayandıracaq? - Açıqlandı

Dünya

25.11.2024 17:32

“Avropa İttifaqının Ermənistandakı missiyasının müddətinin uzadılması ilə bağlı qərar yoxdur”.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Marek Kuberski bildirib.

“Biz bunun üzərində işləyirik. Brüsseldəki həmkarlarımız onu Aİ-nin digər üzvləri ilə müzakirə etməlidirlər. Çünki bununla bağlı Aİ-nin bütün 27 üzvü qərar verəcək. Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizə qərar verməliyik” deyə o, qeyd edib. 

Günəş Mərd

tag: Avropa, Aİ, Ermənistan, Brüssel, Qərar, todaypress.az,