Aİ əhalisi pandemiyadan sonra ardıcıl ikinci ildir artır
Dünya
14.08.2024 01:22
2024-cü il yanvarın 1-nə olan məlumata görə, Avropa İttifaqı (Aİ)
ölkələrinin əhalisi 449,2 milyon nəfər olub.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin statistika idarəsi məlumat yayıb.
Bir il əvvəl əhalinin sayının 447,6 milyon nəfər
olduğunu qeyd edən idarə ardıcıl ikinci ildir artım olduğunu vurğulayıb.
“COVID-19 pandemiyasının nəticələri ilə əlaqədar əvvəlki iki ildəki azalmadan
sonra ardıcıl ikinci il artım qeydə alınıb. 2020-ci ildə əhalinin sayı təxminən
0,5 milyon nəfər, 2021-ci ildə isə təxminən 0,3 milyon nəfər azalmışdı”
“Eurostat”dan bildirilib.
Almaniya, Fransa və İtaliyanın əhalisi birlikdə
2024-cü il yanvarın 1-nə Aİ-nin ümumi əhalisinin demək olar yarısının 47 faizini
təşkil edib.
Ötən il Aİ-nin 7 ölkəsində əhalinin azalması faktı qeydə alınıb, ən çox azalma Polşada (132,8 min nəfər), Yunanıstanda (16,8 min nəfər) və Macarıstanda (15,1 min nəfər) qeydə alınıb. Əhalinin sayında ən çox artım isə İspaniyada (525,1 min nəfər), Almaniyada (330 min nəfər) və Fransada (229 min nəfər) baş verib.
tag: Avropa İttifaqı,Statistika,todaypress.az,Əhali,Amerika,