Aİ diplomatları Avropa Komissiyasının rəhbərinə qəzəbləndi
Dünya
19.12.2024 14:35
Avropa İttifaqı (Aİ) ölkələrinin yüksək vəzifəli diplomatları Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin müstəqil qərarlarından qıcıqlanırlar.
TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.
Qeyd olunub ki, AK rəhbəri öz səlahiyyətlərini icra etməkdə özündən əvvəlki digər Avropa Komissiyasının rəhbərindən daha irəli gedib.
Söhbət fon der Leyenin Parisin qarşı çıxdığı Avropa İttifaqı ilə Cənubi Amerikanın ümumi bazarı (MERCOSUR) arasında tarixi azad ticarət sazişini imzalamaq qərarından gedir.
Eyni zamanda bildirilib ki, bu, fon der Leyenin Aİ-nin ən böyük ölkələri - Fransa və Almaniyaya qarşı ilk çıxışı deyil. Bu il Brüssel Çin elektrik avtomobillərinin idxalına tariflər tətbiq edib və bu, da Berlini qəzəbləndirib.
Günəş Mərd
tag: Aİ, Komissiya, Ursula fon der Leyen, Çin, todaypress.az,