Aİ diplomatiyasının rəhbəri Suriya müxalifətini dəstəklədi

Dünya

08.12.2024 17:21

Avropa İttifaqının (Aİ) yeni xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Suriya müxalifətini dəstəkləyib.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

“Suriya prezidenti Bəşər Əsədin diktaturasının sona çatması müsbət və çoxdan gözlənilən hadisədir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm” deyə Avropa diplomatiyasının rəhbəri bildirib. 

Eyni zamanda Kallas əlavə edib ki, baş verənlər Rusiya və İranın regionda zəifləməsinə sübutdur. 

Günəş Mərd 

tag: Suriya,Avropa İttifaqı,Bəşər Əsəd ,Kaja Kallas,Todaypress.az,