Aİ-dən Ukraynaya göndərilən maliyyə yardımının miqdarı açıqlandı

Dünya

04.09.2024 11:38

2014-cü ildən bəri Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya ümumi maliyyə yardımı təxminən 126 milyard avro təşkil edib. 

TodayPress “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Brüsseldəki daimi nümayəndəliyinin bəyanatında qeyd edilib.

Bildirilib ki, məbləğin böyük hissəsi 2022-ci ilin əvvəlində Ukraynaya köçürülüb. Bundan əlavə, Aİ səlahiyyətliləri Kiyevə təmənnasız subsidiya kimi 1,7 milyard avro, kredit şəklində 5,6 milyard, humanitar yardım şəklində 194 milyon, ittifaq büdcəsinin digər maliyyə alətləri vasitəsilə isə 355 milyon avro köçürüb. 

Beləliklə, 2014-cü ildən 2021-ci ilə qədər Aİ Ukraynaya ümumilikdə təxminən 7,85 milyard avro maliyyə yardımı köçürüb.

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Aİ səlahiyyətliləri Kiyevə verilən subsidiyaların həcmini xeyli artırıb. 2022-ci ilin fevral ayının sonundan indiyədək Ukraynaya ümumilikdə 118,3 milyard avro vəsait köçürülüb. Bu məbləğin böyük hissəsi maliyyə yardımından əldə edilib. Həmçinin Avropa rəsmiləri Kiyevə 43 milyarddan çox hərbi dəstək göndərib. 

Töhfə Səməd

tag: Ukrayna, Aİ, Yardım, Avropa ,Kiyev ,Brüssel, todaypress.az,