Aİ-dən İrana: “Cavab tez veriləcək”

Dünya

12.09.2024 17:45

İranın Rusiyaya raket tədarükünə görə, Avropa Birliyi bu ölkəyə sanksiyalar tətbiq etməklə tez bir zamanda cavab verəcək.

TodayPress xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi  Peter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. 

“Aİ-nin cavabı çevik olacaq. Cozef Borrell məqsədyönlü məhdudlaşdırıcı tədbirlərlə bağlı təkliflərini artıq Aİ ölkələrinə təqdim edib” deyə o, qeyd edib.  

Stanonun sözlərinə görə, Aİ öz tərəfdaşlarından İranın Rusiyaya raket tədarükü ilə bağlı etibarlı məlumat alıb. 

Günəş Mərd

tag: İran, Rusiya, Avropa Birliyi, Aİ, Peter Stano, Brüssel ,todaypress.az,