Aİ-dən İran prezidentinin Rusiya səfərinə reaksiya
Dünya
17.01.2025 19:30
Avropa İttifaqının Xarici İşlər Nazirliyinin nümayəndəsi Anita Gipper İran prezidenti Məsud Pezeşkianın dövlətlər arasında strateji tərəfdaşlıq sazişinin imzalanması üçün Rusiyaya səfərini şərh edib.
TodayPress xəbər verir ki, bu barədə “European Truth” yazıb. Mətbuat konfransı zamanı ona İran liderinin sazişin imzalanması üçün Moskvaya səfəri barədə sual verilib.
O, cavabında bildirib:
“Rusiyanın sülhdə maraqlı olduğunu iddia etməsinə baxmayaraq, hücumlarını davam etdirmək üçün ümidsiz şəkildə kömək axtarır. Bu isə Rusiyanın zəifliyini göstərir”.
Qeyd edək ki, yanvarın 17-də Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayacaqlar.
Günəş Mərd
tag: İran,Rusiya,Səfər,Lider,Avropa Birliyi,Todaypress.az,