Aİ-də fikir ayrılığı: Ukraynaya maliyyə yardımı dayandırılır?
Dünya
28.06.2024 13:30
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqının sammitində Rusiyanın aktivlərindən əldə edilən vəsaitlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsi ilə bağlı razılığın əldə olunmadığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Avropa rəsmisinin sözlərinə görə, bununla bağlı müzakirələr davam etdiriləcək.
“Böyük yeddilikdə biz Ukraynaya daha 50 milyard dollar ayıracağımıza söz vermişik. Əminəm ki, yaxın həftələrdə Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar verəcəyik” deyə o əlavə edib.
Günəş Mərd
tag: Avropa İttifaqı, Çarlz Mişel, Ukrayna, Rusiya, Müzakirə, todaypress.az,