Aİ-də doğum səviyyəsi aşağı düşdü - Səbəb UKRAYNADIR
Dünya
25.12.2024 18:15
12 Avropa İttifaqı (Aİ) ölkəsi Ukraynadakı münaqişə səbəbindən ultra aşağı doğum səviyyəsinə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, Almaniya da bu problemlə üzləşən Aİ ölkələri siyahısına daxildir. “
2023-cü ildə Almaniyada doğuş nisbəti qadın başına 1,35 uşağa düşüb, bu da BMT-nin “ultra aşağı” həddi olan 1,4 səviyyəsindən aşağı olub”.
Qeyd olunur ki, bu ssenari inkişaf edərsə, doğum nisbətinin aşağı düşməsini geri qaytarmaq çətin olacaq. Estoniya və Avstriya, eləcə də İspaniya, Yunanıstan və İtaliyanın göstəriciləri də müəyyən edilmiş həddən aşağı düşüb. Nəşrin qeyd etdiyi kimi, avropalılar inflyasiya, işlərini itirmək qorxusu və Ukraynadakı münaqişə ilə bağlı narahatlıq səbəbindən uşaq sahibi olmaqdan imtina edirlər.
Töhfə Səməd
tag: Almaniya, Federal, Ukrayna ,Doğum,Səviyyə, todaypress.az,