Aİ Çinlə ticarət müharibəsinə başlayır
Dünya
06.07.2024 17:53
Çin və Avropa İttifaqı arasında ticarət müharibəsi artıq bu ilin noyabrında başlaya bilər.
TodayPress “Global Times”a istinadən xəbər verir ki, bunu çinli alim Tsui Xuntsyan Avropa İttifaqının (Aİ) Çinin elektromobillərinə tətbiq etdiyi gömrük rüsumları ilə bağlı qərarı şərh edərkən deyib.
Ekspert bəyan edib ki, tərəflər bu məsələ ilə bağlı müəyyən məsləhətləşmələr aparsalar da, Avropa tərəfi öz fikrini dəyişməyib.
Tsui Xuntsyan onu da bildirib ki, qarşıdurmanın ticarət müharibəsinə çevrilib-çevrilməyəcəyini danışıqların nəticələri müəyyən edəcək.
Xatırladaq ki, Aİ bir neçə gün öncə Çinin e-ticarət platformalarından, xüsusən “Aliexpress”, “Temu” və “Şayn” kimi bütün mallara, o cümlədən qiyməti 150 avrodan aşağı olan məhsullara idxal rüsumları tətbiq etməyi planlaşdırdığını bildirib.
Günəş Mərd
tag: Çin, Ekspert, Tsui Xuntsyan, Avropa, Dünya, todaypress.az,