Aİ Çinin Rusiya ilə yaxınlaşmasından narahatdır

Dünya

16.09.2024 13:35

Avropa İttifaqı Çinin Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün bu ölkə ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

TodayPress xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

“Biz Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün Çinlə fəal şəkildə qarşılıqlı əlaqədə olmaq istəyirik” deyə o qeyd edib. 

Borrell əlavə edib ki, Aİ-nin Çin ilə gələcək münasibətləri Çinin Ukrayna münaqişəsində özünü necə aparmasından asılı olacaq. 

Günəş Mərd

tag: Çin, Rusiya ,Avropa İttifaqı,Ukrayna, Borrell, Münaqişə, todaypress.az,