Aİ Borrellin Gürcüstana mümkün səfərini şərh etdi
Dünya
29.10.2024 18:30
Avropa İttifaqı (Aİ) Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellin müxalifəti dəstəkləmək üçün Gürcüstana gedib - getməyəcəyini hələ deyə bilməz.
TodayPress xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Nabila Massrali bildirib.
“Hələlik onun Gürcüstana səfərləri barədə heç bir məlumat yoxdur” o, qeyd edib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 54,24 faiz səslə qalib gəlib.
Günəş Mərd
tag: Gürcüstan, Aİ, Borrell,Gürcü Arzusu, todaypress.az,