Aİ Boliviyada dövlət çevrilişinə cəhdi pislədi
Dünya
27.06.2024 01:32
Avropa İttifaqı Boliviyada dövlət çevrilişinə cəhdi pisləyib.
TodayPress xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Xosep Borrel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb .
“Avropa İttifaqı Boliviyada konstitusiya quruluşunu sarsıtmaq və demokratik yolla seçilmiş hökumətləri devirmək cəhdini pisləyir və Boliviya hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir” deyə Barell bildirib.
Qeyd edək ki, Boliviya prezidenti Luis Arce nazirlərin əhatəsində çevriliş cəhdi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı əhalini demokratiya lehinə çevrilişə qarşı səfərbər olmağa çağırıb.
GÜNEL
tag: Avropa ittifaqı, Boliviya, Dövlət çevirilişi, Xosep Borell, todaypress.az,