Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

29.06.2024 14:54

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

TodayPress-in xəbərinə görə, bu barədə informasiya qurumun rəsmi saytında yerləşdirilib.

Sənəddə göstərilir ki, adıçəkilən ölkə bu məhdudiyyətlərlə Rusiyanın Ukraynaya qarşı hərbi manevrlərinə hərtərəfli dəstək verdiyi üçün üzləşib. Qəbul olunan qərarla Avrozonadan Belarusa sənaye kompleksi, gəmiçilik və digər strateji sahələrin gücləndirilməsinə imkan verən məhsul və xidmətlərin ixracı qadağan edilir.

Eyni zamanda bildirilir ki, Avropa İttifaqına daxil olan ölkələr Belarusdan silah-sursat, qızıl-zinət əşyaları, əlvan metallar, kömür, mineral, xam neft və digər bu təyinatlı məhsulları idxal edə və bu ölkə vasitəsilə daşıya bilməz. Belarusa neft emalında istifadə olunacaq avadanlıq və sıxılmış təbii qaz ixracı da qadağan olunur.

Belarusdan birbaşa və tranzit yolu ilə yükdaşımalara məhdudiyyətlərin tətbiqi də sanksiyaların təsiri altına düşüb.

tag: Aİ, Belarus, Sənəd, Avropa, İttifaq, Rusiya, Ukrayna, todaypress.az,