Aİ Belarusa qarşı sanksiyaları genişləndirdi

Dünya

16.12.2024 17:45

Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirib. 

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Məhdudiyyətlərə 26 fiziki və iki hüquqi şəxs daxildir. Sanksiyaların tətbiqi respublikadakı vəziyyətlə izah olunur.

Qeyd olunub ki, ümumilikdə Aİ-nin Minskə qarşı məhdudlaşdırıcı tədbirləri 287 fiziki və 39 hüquqi şəxsə şamil edilib. Burada söhbət aktivlərin dondurulmasından və vəsaitə çıxışın təmin edilməsinə qadağadan gedir. 

Bundan əlavə, fiziki şəxslər Aİ-yə üzv dövlətlərə daxil ola bilməzlər. 

Günəş Mərd

tag: Aİ, Belarus ,Sanksiya ,Minsk, todaypress.az,